Logo

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb - FOTO

01.05.2024 21:41 196 baxış
IMG

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən Rusiyanın baş ravvini Berl Lazar ilə görüşüb.

Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, görüşdə DQİDK-nın sədri Ramin Məmmədov Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən danışaraq Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində tolerantlıq ənənələrinin daha da inkişaf etdirilərək dövlət siyasətinə çevrildiyini vurğulayıb. Azərbaycanda nümunəvi birgəyaşayış mühiti, məscidlər, eləcə də xristian və yəhudi dini-mənəvi abidələrinə göstərilən diqqətdən bəhs edən Komitə sədri bildirib ki, dinlərarası harmoniyanın günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan humanizmin və multikultural dəyərlərlə yanaşı, düşünülmüş dövlət siyasətinin müstəsna rolu var.

Rusiyanın baş ravvini Berl Lazar qeyd edib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə tanınır və yüksək qiymətləndirilir.

Eyni zamanda, görüş çərçivəsində dinlərarası dialoqa dair bir sıra məsələlərə toxunulub. Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq, çağırış, o cümlədən perspektiv və imkanları müzakirə olunub.

Xəbər lenti