Logo

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

03.05.2024 12:27 224 baxış
IMG

Aprel ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 5 min 442 müraciət daxil olub. 

İdarədən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 1 871 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 637 müraciət daxil olub.

BŞTİ-yə 1532 sənəd (vətəndaşlar tərəfindən 284 ərizə, Elm və Təhsil Nazirliyindən 311, digər qurumlardan 225, tabelikdə olan təhsil müəssisələrindən 425 məktub və 287 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 402 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Xəbər lenti