Logo

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

19.04.2024 16:59 124 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ev heyvanlarının məsafədən qidalanmasını təmin edən “Pet feeder” adlı cihaz hazırlayıblar.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, vayfay ilə idarə edilən cihaz insanların evdən uzaqda (səyahət, iş və s.) olsalar belə ev heyvanlarının qidalanmasını rahat şəkildə həyata keçirmələri üçün mükəmməl vasitədir. Layihə universitetin baş müəllimi Hamed Kağazçının rəhbərliyi ilə elektrik mühəndisliyi ixtisası üzrə (BMU-İNHA İDP) II kurs tələbələri Əli Səfərli və İbad Nəsrullayev tərəfindən hazırlanıb.

Uzaqdan idarəetmə üstünlüyü ilə fərqlənən cihaz prosesi xüsusi proqram vasitəsilə icra edir. Öncədən proqramlaşdırıla bilən elektronik sistemə malik cihazla qidalanma vaxtını və miqdarını tənzimləmək olur. Yəni, cihaz sahiblərin istədikləri vaxtda və miqdarda ev heyvanlarını qidalandırmasına şərait yaradır. Bunun üçün yeganə tələb vayfay bağlantısının olmasıdır.

Ev heyvanı cihaza yaxınlaşan zaman sensor vasitəsilə “Buradayam” bildirişi alınır, sonra ev heyvanı su və qida ilə təmin edilir. Proqramdakı “yem düyməsi” ilə yeməkdən asılı olaraq müvafiq miqdarda yem vermək, “su düyməsi” vasitəsilə isə istənilən müddət ərzində su fəvvarəsini açıb bağlamaq mümkündür.

Xəbər lenti